Mişel Hazanaviçus

Mişel Hazanaviçus

Rejissor

BİOQRAFİYA

Mişel Hazanaviçus 29 mart 1967-ci ildə Parisdə (Fransa) anadan olub. Fransa rejissoru, ssenaristi və aktyorudur. Rejissor Mişel Hazanaviçusun “Aktyor” filmi “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Mişel Hazanaviçus həmçinin “ən yaxşı rejissor işi” nominasiyasında da qalib olub. “Aktyor” filmində səssiz kinonun ulduzu Corc Valentin obrazını yaradan Jan Düjarden isə ən yaxşı kişi roluna görə qalib elan edilib. “Aktyor” filmi həmçinin “Ən yaxşı musiqi” və “Kostyumlar üzrə ən yaxşı rəssam işi” nominasiyalarında da qalib olub. Qeyd edək ki, “Aktyor” 1929-cu ildən bəri “Oskar” mükafatı alan ilk səssiz filmdir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mi%C5%9Fel_Hazanavi%C3%A7us

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç