Ceren Yılmaz

Ceren Yılmaz

Aktrisa

BİOQRAFİYA

Ceren Yılmaz – türkiyəli aktrisadır. 3 iyun 1991-ci ildə Samsun şəhərində anadan olub. Özündən böyük iki bacısı var. Bacılarından biri inşaatçı mühəndis, digəri polis zabitidir. Ceren 2012-ci ildə “Miss Turkiye” gözəllik müsabiqəsinin iştirakçısı olub. Ekranlarda ilk dəfə 2013-cü ildə “Yağışdan qorunaraq” serialında görüntülənib. Ancaq bu telelayihənin ömrü qısa olub və səkkizinci seriyadan sonra çəkilişi dayandırılıb. Cerenin iştirak etdiyi növbəti layihə “Filinta” adlı siyasi-tarixi detektiv olub, 2014-2015-ci illərdə orada Xaticə rolunu oynayıb. 2017-ci ildə “Deli Gönül” seriaında Şölə rolunu oynayıb. Ancaq bu serial da aşağı reytinq göstəricilərinə görə 9-cu seriyadan sonra yayımdan çıxarılıb. 2019-cu ildə “Üç harfliler: Adak” qorxu filmində baş rollardan birini ifa edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teka.com/actors/5699-biografiya-dzheren-yylmaz-ceren-yilmaz-tureckaya-aktrisa.html

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç