Ecem Özkaya
Aktrisa
Ecem Özkaya – türkiyəli aktrisadır. 25 iyun 1988-ci ildə İstanbul şəhərində anadan olub. Kinoya çəkilmək onun uşaqlıq arzusu olub. Bu arzunu gerçəkləşdirmək üçün Maltepe universitetinin teleradioyayım fakültəsinə daxil olub. Ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Kinoda debütü 2009-cu ilə təsadüf edir. Belə ki, “Səni sevirəm” filmində Eda roluna çəkilib. Daha sonra “Əlvida, Ruməli” adlı populyar serialın aktyor heyətinə qoşulub. 2010-cu ildə serialın çəkilişləri zamanı aktyor Mustafa Üstündağla tanış olub. 2010-cu ilin aprel ayında sonuncu Ecemə evlənməyi təklif edib, avqustda cütlüyün toyu olub. 2013-cü ilin dekabrında onların Əhməd Xan adında oğlu dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://tvnovella.net/zvezdy-serialov/turetskie-aktrisy/edzhem-ozkaya-ecem-zkaya