Kartal Tibet

Kartal Tibet

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Kartal Tibet - türkiyəli aktyor və rejissordur. 27 mart 1938-ci ildə Ankarada ziyalı ailəsində anadan olub. Hər iki valideyni məktəb müəllimləri olub. Atası onun böyüyəndə vəkil olmasını istəsə də, o özü mühəndis və ya memar olmağı arzulayıb. Ancaq məktəb illərində onda teatra maraq oyanıb, müxtəlif həvəskar tamaşalarda iştirak etməyə başlayıb. Çox keçmədən uşaq teatrında özünə iş tapıb. Teatrla yanaşı idmanla fəal məşğul olub. Ankara kollecində oxuduğu illərdə təhsil ocağının basketbol yığmasında yer alıb. Gələcək rejissor 14 yaşında olanda valideynləri boşanıb və Kartal Ankara kollecinin yataqxanasında qalmalı olub. Kolleci bitirdikdən sonra Ankara konservatoriyasına daxil olub. Onu bitirdikdən sonra Ankara dövlət teatrında işləməyə başlayıb. Bozkurt Kuruç, Ergin Orbey, Önder Alkım kimi həmkarlarla səhnəni bölüşüb. Kartal “Meydan” adlı özəl teatrın yaradılmasında iştirak edib. Orada 4 tamaşaya quruluş verib. Kartal geniş profilli aktyordur, müxtəlif janrlarda olan rolları məharətlə ifa edib. Aktyorluq karyerası ərzində xidməti siyahısında 120-dən çox rol olub. 1976-cı ildən etibarən həm də rejissor kimi fəaliyyət göstərməyə başlayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B8%D0%B1%D0%B5%D1%82,_%D0%9A%D0%B0%D1%80%D1%82%D0%B0%D0%BB

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç