Mayk Baynder

Mayk Baynder

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Mayk Baynder – amerikalı aktyor, rejissor, ssenarist və prodüserdir. 2 iyun 1958-ci ildə ABŞ-ın Detroit şəhərində anadan olub. Karyerasının əvvəlində ssenarist və stendap komediyaçı kimi fəaliyyət göstərib. Dayan Mörfi ilə evlidir, 2 övladı var. “Boşalmış şəhər” (2007), “Qəzəbin görünüşü” (2005), “Man about Town” (2005) və digər filmlərin, “Axirətdən gələn şerif” (1995-1996), “Evli kişinin ağlı” (2001-2002) seriallarının rejissoru olub. “Boşalmış şəhər” (2007), “Man about Town” (2006) və digər filmlərə, “Evli kişinin ağlı” (2001-2002) serialına ssenari yazıb. “Namizəd” (2000), “Xüsusi rəy” (2002), “Boşalmış şəhər” (2007) və digər filmlərin, “Biraz yavaşla” (Curb your enthusiasm, 2000-2011), “Boston vəkilləri” (2004-2009), “Ali baş komandan” (2005-2006) və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib. “Kadillak” (1990), “İki dollarlıq pivə” (2009) filmlərinə, “Evli kişinin ağlı” (2001-2002) serialına prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mike_Binder

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç