Meriel Heminquey

Meriel Heminquey

Aktrisa, prodüser

BİOQRAFİYA

Meril Hedli Heminquey (ing. Mariel Hadley Hemingway) – amerikalı aktrisa və yazıçıdır. Görkəmli amerikalı yazıçı Ernest Heninqueyin nəvəsidir. O babasının intiharından bir neçə ay sonra 22 noyabr 1961-ci ildə Kaliforniya ştatının Mill-Velli şəhərində anadan olub. Uşaqlığı Ayda ştatında keçib. Sonradan Nyu-Yorka köçüb. Kinoda debütünü hələ 15 yaşında olanda bacısı Marqo ilə birlikdə “Dodaq boyası” filmində həyata keçirib. Bu onun Hollivudun qapılarını açıb və o vaxtdan bəri 50-dən çox filmə çəkilib. Ən çox rejissor Vudi Allenin “Manhetten” şəhərində oynadığı Treysi rolu ilə tanınır. Həmin rola görə 1979-cu ildə ən yaxşı ikinci plan aktrisası nominasiyasında BAFTA mükafatına namizəd olub. 1980-ci ildə isə ən yaxşı ikinci plan aktrisa nominasiyasında “Oskar” mükafatının nominantları şortlistinə düşüb. Aktrisalıqdan savayı “Mariel” və “H20+” ətir brendlərinin sahibidir. İki qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%BC%D0%B8%D0%BD%D0%B3%D1%83%D1%8D%D0%B9,_%D0%9C%D1%8D%D1%80%D0%B8%D0%B5%D0%BB

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç