Maykl Lendis

Maykl Lendis

Aktyor, prodüser

BİOQRAFİYA

Maykl Kristofer Lendis (ing. Michael Christopher Landes ) – amerikalı aktyordur. Daha çox “Lüis və Klark: Supermenin yeni macəraları” serialında Cimmi Olsen rolu ilə tanınır. 1993-cü ildə serialın ilk mövsümünə çəkilib. Müsbət rəylərə və çoxsaylı pərəstişkarların olmasına baxmayaraq, serialın yaradıcıları aktyoru əvəz etməyi qərara alırlar. Serialın DVD şərhlərində müəlliflər qeyri-adi bir səbəb gətiriblər. Onların iddiasına görə Lendis personajına olan maraq Din Keynin oynadığı baş qəhrəmanı (supermen) tamaşaçıların gözündə ikinci plana keçirdiyindən, ikinci mövsümdən personajı ssenaridən çıxarmağa məqəsədəuyğun biliblər. Həmçinin “Əcinnə ovçuları” serialında Nikolas Omelli rolunda yadda qalıb. “Təyinat nöqtəsi 2”,  Mişey Barton və Cessika Stroupun iştirakı ilə “Sevir, sevmir”, “Toy zınqırovu”, Sara Mişel Gelların iştirakı ilə “Geydirmə” və başqa filmlərə çəkilib. Lendis 18 sentyabr 1972-ci ildə ABŞ-ın Bronks şəhərində anadan olub. Dekorator Patrisiya və marketinq konsultantı Bernard Lendisin oğludur. Macar-italyan əsillidir. 2000-ci ildə rəfiqəsi Uendi Bensonla ailə qurub. Cütlüyün iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8D%D0%BD%D0%B4%D0%B8%D1%81,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç