Adam Kouplend

Adam Kouplend

Aktyor

BİOQRAFİYA

Adam Cozef Kouplend – kanadalı aktyor və restlerdir. 30 oktyabr 1973-cü ildə anadan olub. RAW brendi altında keçirilən restlinq yarışmasında uzun müddət çıxış edib. 2012-ci ildən WWE şərəf zalının üzvüdür. O restlinqin ən titullu restlerlərindən sayılır. WWE-də ümumilikdə 31 titula sahibdir. 4 dəfə WWE çempionu olub. 7 dəfə ağır çəkidə dünya çempionu olub. 2001-ci ildən “rinq kralı” titulun daşıyıcısıdır. 2005-ci ildə Money in the Bank turnirinin ilk qalibi olub. 2010-cu ildə “Kral döyüşü” turnirinin qalibi olub. Bu üç nailiyyəti əldə etmiş ilk restler sayılır. 2011-ci ilin aprel ayında onurğa sütününün yuxari fəqərələrinin stenozu və digər xəsarətlər səbəbindən peşəkar karyerasına son qoyub. Royal Rumble 2020 turniri üçün yenidən kral döyüşünə qayıdıb. Kinoda “Dağlı: oyunun sonu” filmi və “Heyven”  və “Vikinqlər” seriallarında oynadığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%83%D0%BF%D0%BB%D1%8D%D0%BD%D0%B4,_%D0%90%D0%B4%D0%B0%D0%BC

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç