Tuvana Türkay

Tuvana Türkay

Aktrisa

BİOQRAFİYA

Tuvana Türkay – türkiyəli aktrisadır. 3 oktyabr 1990-cı ildə Türkiyənin Üsküdar şəhərində anadan olub. İstanbulun Güneş Kollecini bitirib. Daha sonra təhsilini Beykent universitetinin radio, televiziya və kino fakültəsində davam etdirib. Tuvana 9 yaşında olanda reklam çarxlarına çəkilməklə aktrisalıq karyerasına qədəm qoyub. Aktivində Coca Cola və Aspen kimi məşhur brendlərin, həmçinin Turk Telekom, Akbank, Ayyildiz GSM kimi nüfuzlu türk şirkətlərinin reklamları var. Hələ kollecdə oxuyanda paralel olaraq vokal və diktorluq sənəti üzrə kursa gedib. 2009-cu ildən etibarən kino və seriallara çəkilir. İlk əlamətdar rolunu çoxseriyalı “Yer Gök Aşk” çoxserialı sabun operasında oynayıb. Tuvanın həmin vaxt çəkiliş meydanını Burak Hakki, Murat Ünalmış, Birce Akalay, Selen Soyder, Tolqahan Sayışman və digər aktyorlarla bölüşüb. Şəxsi həyatına gəlincə iki ilə yaxın Qalatasarayın keçmiş futbolçusu Sercan Yıldırımla romantik münasibətlərdə olub. Daha sonra tanınmış türk aktyor Engin Akyüreklə görüşməyə başlayıb. Onunla “Çirkli pullar, yalan sevgi” serialının çəkilişlərində tanış olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/tuvana_turkay/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç