Frederik Beqbeder
Rejissor
Frederik Beqbeder 21 sentyabr 1965-ci ildə Neuilly-Sur-Seine bölgəsində dünyaya gəlib. Fransız yazıçı, rejissor, ssenarist və ədəbi tənqidçidir. O, 2003-cü ildə “Windows on the World” romanı ilə “Prix Interallié” mükafatını qazanıb. Həmçinin 2009-cu ildə “Un roman français romanı” ilə “Prix Renaudot” mükafatına layiq görülüb. Flore və Sade mükafatlarının qurucusudur. “Komada bayram” (Vacances dans le Coma) (1997), “Məhəbbət üç il yaşayır” (L’amour dure trois ans) (1997), “99 Frank” (99 Francs) (2000), “Dünyanın pəncərələri” (Windows on the World) (2003), “Romantik eqoist” (frans. L'égoïste romantique) (2005) kimi romanların müəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Frederik_Beqbeder