Osman F. Seden
Ssenarist, rejissor, prodüser, aktyor
Osman Fahir Seden - türkiyəli rejissor, prodüser və ssenaristdir. “Yeşilçam” epoxasının ən görkəmli kinematoqraflarından sayılır. 22 mart 1924-cü ildə İstanbulda (Türkiyə) anadan olub. Atası Kemal Seden Türkiyənin ilk özəl kinoşirkətinin yaradıcısıdır. Alman litseyini bitirib. Ardınca İstanbul Universitetində hüquq ixtisası üzrə ali təhsil alıb. Ferudin Karakayanın çəkdiyi “Cilalı İbo” silsiləsindən olan beş filmin ssenarisini yazıb. 1966-cı ildə Seden Rəşad Nuri Güntəkinin eyniadlı romanı əsasında lentə alınmış “Çalıquşu” mini serialının ssenari müəllifi olub. Bundan başqa, karyerasının əvvəlində bir neçə bioqrafik film, xüsusilə Rəbiyə Əl-Ədəviyə və Ömər ibn əl-Xəttab haqda filmlər çəkib. 1 sentyabr 1998-ci ildə xərçəngdən dünyasını dəyişib. 1955-1989-cu illər ərzində 175 kinofilm və serialın müəllifi olub, 145 lentə prodüserlik edib, 200-dən çox filmə ssenari yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Osman_F._Seden