Müjde Uzman

Müjde Uzman

Aktrisa

BİOQRAFİYA

Müjde Uzman – türkiyəli model və aktrisadır. 26 sentyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Uşaqlıq və gənclik illərində maddi sıxıntısından əziyyə çəkib. Ali təhsili yoxdur və bunu öz əsas nöqsanlarından biri sayır. Model aləminə tam təsadüfən düşüb. Qəzetdə bir kastinq üçün elan görüb, elə belə, heç bir ümid bəsləmədən ora fotoşəkillərini göndərib. 2000-ci ildən model karyerasına başlayıb. Elite Model gözəllik müsabiqəsinin qalibi olub. 2008-ci ildə kinodebütü baş tutub. İlk rolunu rejissor Haluk Benarın “Sevgini öldürmək” filmində oynayıb. Əvvəl o hər vəchlə bu təklifi rədd etməyə çalışıb, belə ki, təcrübəsinin olmamasını buna əsas gətirib. Bununla belə rejissor ona hər cür yardım göstərəcəyini bildirərək, onu yola gətirib. Beləcə Müjde öz qərarını dəyişməklə aktyorluq karyerasının əsasını qoyub. Türkiyənin beynəlxalq səviyyədə populyar olan “Möhtəşəm əsr” tarixi serialında Uzman Bali Bəyin Armin adlı sevgilisini oynayıb. Bundan başqa “Atamın günahları”, “Kirayə eşq”, “Mafiya dünyaya sahib ola bilməz” kimi seriallarda oynadığı rolları ilə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktery/1814-myuzhde-uzman.html   

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç