Murat Boz

Murat Boz

Aktyor, müğənni

BİOQRAFİYA
Murat Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olub. Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyində davam etdirib. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murat Boz 1999-cu ildə "Milliyət" qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olub. 1999-cu ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murat Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir. Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka). 16 iyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murat Boz, 25 yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır. O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki "Sarı Ev" ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür. 23 iyul 2007-ci ildə ​​"Püf" adlı mahnısının klipi çəkilir. Murat Boz "Maximum" albomu ilə "Altın Kelebek" və IFA mükafatlarının sahibi olur. 14 iyun 2008-ci ildə Doqquz Səkkiz Musiqi imzalı ikinci mahnısı olan "Uçurum" ilə musiqi sevərləri ilə yenidən görüşür. Müəllifi Soner Sarıkabadayı, aranjimançısı Suat Aydoğan olan "Uçurum" bir çox ölkədə yayımlanır. Nəticədə, "Uçurum" 2008-ci ilin ən yaxşı mahnısı seçilir. Murat Boz 2008-ci ildəki bir konsertində ətək geyinmiş və mediada geydiyi ətəklə müsahibə vermişdi. Media tərəfindən ətək olaraq təqdim edilən paltar əslində "Uçurum" mahnısında işlənən qladiator mövzusunun bir hissəsi olan Roma əsgərlərinin dəri döyüş geyimləri idi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Murat_Boz
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç