T.E. Lourens
Ssenarist
Tomas Edvard Lourens 16 avqust 1888-ci ildə Tremadokda anadan olub. İngilis əks-kəşfiyyatının Ailə soyadı Chopmandır. Şotlandiyalı bir rahibə ilə evlənə bilmək üçün Lourens soyadını götürüb. 1910-cu ildə Türkiyə gələrək Dəclə çayının ətrafında arxeoloju qazıntılar adı altında bölgədə neft axtarışı və siyasi, etnolojik məlumatlar toplayıb. Daha sonra Suriya, Fələstin və Misiri gəzərək ərəb dilini və İslam adətlərini öyrənib. Birinci dünya müharibəsində baş leytnant rütbəsi ilə İngilis Hərbi Kəşfiyyat Xidmətində (British Military Intelligence Service) agent olaraq çalışıb. Ərəblərin Osmanlı dövlətinə qarşı üsyan etməyə təhrik edib. Ərəb dilinin bir çox şivəsini ana dili kimi bilirdi. 1916-ci ildən etibarən ərəblərin Osmanlıya qarşı üsyanlarını təşviq etməyə başlayıb. Məkkə Şərifi Hüseyin İbn Əlinin oğlu Əmir Feysəlin komandanlığı altındakı kiçik birliklərlə Osmanlı ordusuna qarşı “mübarizə” aparıb. Vəhabi Əbduləziz İbn Suud ilə yaxın əlaqələr quraraq İngiltərədən onun üçün çoxlu silah və qızıl təmin edib. Türk ordusunun Hicaza gedən yolunu kəsmək üçün ərəblərlə birlikdə Şam-Hicaz dəmir yolu xəttini dəfələrlə dağıdıb. Lourens ərəblər içindəki fəaliyyəti ilə Osmanlının Fələstin və Suriyadakı məğlubiyyətlərində böyük rol oynayıb. Polkovnik – leytnant rütbəsi ilə 1935-ci ildə ordudan təqaüdə ayrılıb. 19 May 1935-ci ildə motosiklet qəzasında dünyasını dəyişib. “Üstün xidmət medalı” və “Fransız Şərəf Legionu Nişanı” kimi mükafatları var. “ Müdrüklüyün 7 əsası”, “Çöldə üsyan”, “Xaçlı qalaları” kitablarının müəllifidir. 19 may 1935-ci ildə dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tomas_Edvard_Lourens