Memduh Ün

Memduh Ün

Rejissor, prodüser

BİOQRAFİYA
Memduh Ün - türkiyəli keçmiş futbolçu, kinorejissor, aktyor və prodüserdir. 1920-ci ildə İstanbulun Kasımpaşa rayonunda anadan olub. 1938-ci ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olsa da, üçüncü kursdan təhsili yarımçıq qoyub. Məktəb illərində Langa Genç Takımı komandasında oynayan Ün 1940-1942-ci illərdə Beşiktaş klubunun şərəfini qoruyub. 1941-ci ildə Ankara Demirspor komandasına transfer olunub. 1942-1943-cü il mövsümündə Ankara liqasının çempionu olub. 1947-ci ildə həvəskar aktyor kimi "Damğa" filmində Turhan Ün rolunda debüt edib. Beləcə o kinematoqrafiyaya meyl salır və rejissor köməkçisi olana qədər daha bir neçə filmdə müxtəlif rollar oynayır. Daha çox "Zikkimin Kökü" (1993), "Namusum için" (1965), "Böyük Yemin" (1969) filmləri üzərində gördüyü işə görə tanınır. 16 oktyabr 2015-ci ildə 95 yaşında Türkiyənin Bodrum şəhərində anadan olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0960375/
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç