Manuel Rulfo
Aktyor
Manuel Qarsiya-Rulfo – meksikalı aktyordur. 25 fevral 1981-ci ildə Meksikanın Quadalaxara şəhərində anadan olub. Gələcək aktyor Halisko rançosunda boya-başa çatıb. Orada at çapmağı öyrənib. Vermont ştatında (ABŞ) ingilis dilini öyrənib. Halisko ştatının Atemacak Universitetinin məzunu olub (kommunikasiya ixtisası üzrə). Sonralar Nyu-York kinoakademiyasında oxuyub, ancaq çəkilişlər üçün Meksikaya qayıtmalı olub. Aktyorun tammetrajlı bədii filmdə debütü 2007-ci ildə rejissor Marsial Riosun “Makiyaj” filmində baş tutub. 2014-2015-ci illərdə nisbətən populyar televiziya və kino layihələrində iştirak edib. Rejissor Daniel Barnzın “Tort” (2014) filmi və “Günçıxandan günbatana qədər” serialında oynadığı rollar daha əlamətdar olub. 2016-2017-ci illərdə “Möhtəşəm yeddilik” (2016), “Şərq ekspressində qətl” (2017) kimi filmlərdə rol alıb. 2018-ci ildə “Qatil 2: Hamıya qarşı” , “Dullar” və “Qoliaf”kimi lentlərin hazırlanmasında iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Manuel_Garcia-Rulfo