Piter Mullan

Piter Mullan

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Piter Mallan – şotlandiyalı aktyor və rejissordur. 1998-ci ildə Kann Kinofestivalının qalibi olub. 2002-ci ildə isə Venetsiya kinofestivalında “Qızıl şir” mükafatı laureatı olub. Daha çox “İynəyə oturmuş”, “İnsan övladı”, “Sonuncu Legion”, “Döyüş atı” , “Tirannozavr”, “Harri Potter və Ölüm hədiyyələri: Birinci hissə” filmlərində və “Ozark gölü” kriminal teledramında oynadığı rolları ilə tanınır. Piter Mallan 2 noyabr 1959-cu ildə kiçik Piterhed (Şotlandiya) şəhərində anadan olub. Anası tibb bacısı, atası laboratoriya texniki olub. Piterdən savayı ailəsində səkkiz uşaq olub. Qlazqoya köçdükdən sonra atası bir müddət yerli universitetdə işləsə də sonradan qovulub, bu ailənin güzəranına təsirsiz ötüşməyib. Piter isə dərslərini pis oxumağa başlayıb və küçədə quldur dəstəsinə qoşulub. Atası depressiyadan çıxa bilməyərək içkiyə qurşanıb və xərçəngdən əziyyət çəkib, Piter Qlazqo Universitetinə daxil olan gün dünyasını dəyişib. Piterin kinoda debütü “Böyük insan sərhədləri keçir” filmində oynadığı rol sayılır. Ekran əsərinə onunla birlikdə Liam Nison da çəkilib. Siyasi baxışlarına əsasən qatı marksistdir. Dəfələrlə Marqaret Tetçeri, keçmiş baş nazir Toni Bleyri və onun partiyadaşlarını tənqid atəşinə tutub. “Seltik” klubunun fanatıdır və mütəmadı olaraq matçlarında iştirak edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BB%D0%BB%D0%B0%D0%BD,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç