Rüşdi Zem

Rüşdi Zem

Aktyor

BİOQRAFİYA

Rüşdi Zem – mərakeş əsilli fransalı aktyor və rejissordur. Zem 27 sentyabr 1965-ci ildə Fransanın O-de-Sen rayonunun Jenvil şəhərində anadan olub. Valideynləri Mərakeşdən mühacirət edib. Uşaqlıqda yay tətillərindən birini Belçikanın Mehelen şəhərində keçirib və orada flamand dilini öyrənib. Teatrı özü üçün 12 yaşında olanda kəşf edib. Böyük ekranlarda 1987-ci ildə “Polislər” filmində ilk rolunu oynayana qədər müxtəlif tamaşalarda səhnəyə çıxıb. Kinodebütündən dörd il sonra rejissor Andre Teşine onu “Mən öpüşmürəm” və “İlin ən sevimli vaxtı” adlı filmlərinə dəvət edib. “Tezliklə öləcəyini unutma” filmində narkoman rolu, “Olsun ya olmasın” filmində isə gecə qarovulçusu rollarını oynamaqla kifayət qədər böyük uğur qazanıb və karyerasında yüksəliş dövrü başlayıb. Həmin vaxtdan bəri aktyor müxtəlif, mənfi və müsbət obrazları məharətlə canlandıraraq, komediyalara çəkilməkdən belə çəkinmir. 1998-ci ildə Patrisiya Şeronun “Məni sevənlər qatarla gedəcək” kinolentinə, bir il qabaq isə “Dənizin o biri sahili” filminə çəkilib. 2006-cı ildə Rüşdi “Vətənpərvərlər” filmində oynadığı rolla Kann Kinofestivalının ən yaxşı aktyor mükafatının qalibi olub. Film ikinci dünya müharibəsi fonunda ərəblərin müqavimət hərəkatından bəhs edir. Ekran əsəri eyni zamanda ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B5%D0%BC,_%D0%A0%D0%BE%D1%88%D0%B4%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç