Layoş Koltai

Layoş Koltai

Operator, producer

BİOQRAFİYA

Layoş Koltai (2 aprel 1946) – macar kinooperator və kinorejissordur. 2 aprel 1946-cı ildə Macarıstandan anadan olub. Erkən yaşlarından kinematoqrafiya ilə maraqlanıb, həvəskar film festivallarında iştirak edib. Budapeşt teatr və kino ali məktəbini bitirib. Rejissor İştvan Sabo ilə birgə çəkdiyi filmlərlə məşhurlaşıb. Həmçinin bir sıra amerikalı kinorejissorlarla əməkdaşlıq edib. 2005-ci ildə Koltai rejissor kimi ilk tammetrajlı bədii filmi ilə debüt edib. “Taleysiz” adlı lent holokost mövzusuna həsr olunub və nobel laureatı İmre Körtesin eyniadlı romanı əsasında lentə alınıb. Film böyük uğur qazanıb, ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BB%D1%8C%D1%82%D0%B0%D0%B8,_%D0%9B%D0%B0%D0%B9%D0%BE%D1%88

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç