İştvan Sabo
Rejissor, ssenarist, aktyor, prodüser
İştvvan Sabo – macar kinorejissoru, ssenaristi və yazıçıdır. 18 fevral 1938-ci ildə Budapeştdə anadan olub. Avropa kinoakademiyasının aparıcı təsisçi-üzvlərindəndir. 1960-cı illərdən Macarıstanın aparıcı kinematoqraflarından olub. Öz lentlərində avropa müəllif kinosu ənələrinə sadiq qalaraq, müxtəlif sosial, siyasi və psixoloji mövzularda olan filmlər lentə alıb. Teatr və kino institutunun məzunu olub. 1959-cu ildə ilk qısametrajlı filmini, 1964-cü ildə isə ilk tammetrajlı bədii filmini lentə alıb. Dünya şöhrətini ona „Mefisto” dramı gətirib. 1981-ci ildə adı çəkilən lent ən yaxşı xarici dilli film nominasiyasında „Oskar” mükafatına layiq görülüb. Filmlərinin çoxunun 80-ci illərdə Avropanın əksər ölkələrində yayımlansa da, Macarıstandan köçmür və ölkəsində fəaliyyətini davam etdirib. Sabo yəhudi ailəsində boya başa çatıb. Orta məktəbi bitirdikdən sonra radiomüxbir işləyib. 1956-cı ildə Budepştin teatr və kino institutunun rejissorluq fakültəsinə daxil olub. Tələbə olduğu illərdə ilk filmlərini çəkməyə başlayıb. Diplom işi olan „Konsert” filmi bir sıra beynəlxalq festivallarda təqdim olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%B1%D0%BE,_%D0%98%D1%88%D1%82%D0%B2%D0%B0%D0%BD