Tom Kenni
Aktyor, ssenarist, prodüser
Tomas Ceyms Kenni – amerikalı səsləndirmə aktyorudur. 13 iyul 1962-ci ildə ABŞ-ın Nyu-York ştatının İst Sirakuz şəhərində anadan olub. Daha çox “Süngər Bob” adlı məşhur cizgi serialının baş personajı Süngər Bobu səsləndirməsi ilə məşhurdur. Sirakuz katolik məktəbini bitirib. Karyerasına komik kimi başlayıb, Boston və San-Fransiskoda stendapları ilə çıxış edib. Müxtəlif komediya şoularında iştirak edib. İlk sanballı işi – “Rokkonun yeni həyatı” adlı cizgi serialında personajlardan birini səsləndirməsi olub. Ardınca “Süngər Bob” cizgi serialının səsləndirməsində iştirak edib və səsləndirdiyi animasiya personajı onu kifayət qədər tanıdıb. Tomas eyni zamanda kompüter oyunlarının səsləndirilməsində iştirak edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tom_Kenni