Samuel Maoz

Samuel Maoz

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Şmuel Maoz  və ya Samuel Maoz – israilli kinorejissor və ssenaristdir. 23 may 1962-ci ildə anadan olub. Avtobus sürücüsü və tibb bacısının ailəsində boya-başa çatıb. 13 yaşında olanda “bar-mitzva” mərasiminə ona 8 millimetrlik kamera və dörd dəqiqəlik plyonka hədiyyə ediblər. Bu hədiyyə onun həyatında və karyera seçimində böyük rol oynayıb. 1982-ci ildə Livan müharibəsi zamanı, 45 gün döyüşlərdə iştirak edib (30  gününü tankın tuşlayıcısı olub). Müharibənin ilk günündə əmrə əsasən tankdan yaxınlaşan pikapa atəş açıb və özünün dediyinə görə həmin an onun həyatında dönüş nöqtəsi olub. Mətbuata verdiyi müsahibədə Maoz 1982-ci il müharibəsinin İsrailin apardığı digər müharibələrdən psixoloji baxımdan fərqləndiyini bildirib.1988-ci ildə Beyt Zvi teatr məktəbini bitirib (orada kinematoqrafiya üzrə ali təhsil alıb). Məzun olduqdan sonra müharibədə başına gələnlər, gördükləri əsasında ssenari yazmağa başlasa da, sonrada əsəbləri tab gətirməyərək işin daşını atıb. 2006-cı ildə İkinci Livan müharibəsi başlayıb və Maoz artıq bu dəfə qəti şəkildə ssenari yazmağa qərar verir və beləcə kiçik büdcəli “Livan” hərbi dramını lentə alır. Film sensasiyaya imza ataraq “Qızıl şir” mükafatının və “Venesiya Festivalının” qalibi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BE%D0%B7,_%D0%A1%D0%B0%D0%BC%D1%83%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç