Oşri Koen

Oşri Koen

Aktyor

BİOQRAFİYA

Oşri Koen – israilli kino, televiziya və teatr aktyordur. 11 yanvar 1984-cü ildə İsraildə anadan olub. Hələ 10 yaşında olanda Beyt Lessin teatrında debüt edib. Yeniyetmə yaşlarında “Merhav Yarkon” yeniyetmə serialında ikinci plan rol oynayıb. Məktəbi bitirdikdən dərhal sonra imtahan vermədən Tel-Əviv teatr universitetinə qəbul olunub. Universiteti bitirdikdən sonra İsrailin “Habim” teatrının ulduzuna çevrilib. 2003-cü ildə “Şlomi ulduzu” melodramında riyazi fitri-istedadı olan yeniyetmə obrazını yaradıb. 2007-ci ildə “Bofor” hərbi dramında Liraza Liberti rolunu oynayıb. Ekran əsəri həmin il Berlinalda böyük ekranlara çıxıb. Film “Qızıl ayı” mükafatına layiq görülüb və ən yaxşı film nominasiyasında “Oskar” mükafatına namizəd olub. İki ildən sonra rejissor Şmuel Maozanın “Livan” filminə çəkilib. Ekran əsəri 2009-cu ildə Venesiya kinofestivalında “Qızıl şir” mükafatı ilə təltif olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/oshri_cohen/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç