İtay Tiran

İtay Tiran

Aktyor, ssenarist

BİOQRAFİYA

İtay Tiran  - israilli aktyordur. 23 mart 1980-ci ildə İsrailin Petah-Tikva şəhərində anadan olub. Dizayner və mühasibin ailəsində boya-başa çatıb. Nənələrindən biri İkinci Dünya müharibəsi dövründə Holokostdan sağ çıxıb. Uşaqlığında İtay klassik musiqi üzrə təhsil alıb. Məktəbi bitirdikdə nsonra konservatoriyaya qəbul olunub. Daha sonra Telma Ellin adına Ali İncəsənət Məktəbinin musiqi fakültəsinə daxil olub. Üçüncü kursda oxuyanda teatr tamaşalarında iştirak etməyə başlayıb. Məzun olduqdan sonra Tel-Əviv Kamera teatrının truppasına qoşulub. 2012-ci ildə  Uilyam Şekspirin “III Riçar” tamaşasına görə bir neçə iri teatr mükafatına layiq görülüb. Aktyor müğənni və model Melani Pereslə evlidir. 2015-ci ildə aktyor “Casuslar akademiyası” adlı kəskinsujetli serialda baş rollardan birinə dəvət olunub. Serialda ondan başqa Yehuda Levi, Liron Vayzman, Hano Laslo, Şay Avivi, Yaniv Biton, Soraya Torens kimi yəhudi aktyorlar çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/itay_tiran/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç