Stefen Maxt
Aktyor, rejissor
Stiven Robert Maçt - amerikalı televiziya və kino aktyorudur. Tanınmış aktyor Qebriel Maxtın atasıdır. 1 may 1942-ci ildə Filadelfiyada yəhudi ailəsində dünyaya gəlib. Uşaqlığı Nyu-Yorkun Bruklin Heyts rayonunda keçib. 9 yaşında olanda atası öləndən sonra anası və böyük qardaşı ilə birlikdə ana nənəsi gilə, Konnektikut ştatının Mistik qəsəbəsinə köçüb. 1975-ci ildə Kanadada Stretford Şekspir Festivalında gedən tamaşaların birində çıxış edən vaxt “Universal Studios” şirkətinin “istedad skautunun” diqqətini cəlb edib. Müqavilə bağladıqdan sonra 1970-ci illərin ortalarında müəllim kimi fəaliyyətini dayandırıb, və televiziya və kino layihələrində iştirak etməyə başlayıb. Böyük ekranlarda daha çox “Bədheybətlər dəstəsi” (1987), “Qəbirstanlıqda gecə növbəsi” (1990), “Transerlər 4” (1994), “Qalaksina” (1980) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu il qədər 90-dan çox film və serialın çəkilişində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stephen_Macht