Şeymus Dever

Şeymus Dever

Aktyor, prodüser

BİOQRAFİYA

Şeymus Patrik Dever – amerikalı aktyordur. ABC telekanalında yayımlanan “Kasl” serialında oynadığı xəfiyyə Kevin Rayan rolu ilə tanınır. 27 iyul 1976-cı ildə ABŞ-ın Miçiqan ştatının Flint şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə Arizona ştatının Bullhed-Siti şəhərinə köçüb və orada boya-başa çatıb. Ziyalı ailədə böyüyüb: anası tarix professoru, atası ingilis dili və dram incəsənəti fənnlərindən dərs deyir. Şeymus məktəbi bitirdikdən sonra Şimali Arizona Universitetinin radiojurnalistika bölməsinə daxil olub. Tələbə olduğu illərdən aktyorluq sənəti ilə maraqlanıb. Hələ məzun olmazdan əvvəl onun xidməti siyahısında 18 pyes var idi. Universitetdə oxuduğu illərdə teatr fəaliyyətində aktiv olub, Şekspirin 15 pyesində oynayıb. 3 il ali təhsil aldıqdan sonra prestijli Karneqi universitetinə qəbul olunub. Həmçinin bir müddət Rusiyanın Moskva Bədaye Teatrının məktəb-studiyasında oxuyub. Moskva, Boston və Pitsburqda 3 il yaşayıb. Özünün dediyinə görə rusiyalı müəllimlər onun Stanislavski sistemi ilə tanış edib. 2006-cı ildə aktrisa Culiana Deverlə evlənib. Culiana “Kasl” serialında onun qəhrəmanının nişanlısı daha sonra həyat yoldaşını oynayıb. Ər-arvad qatı vegeteryandılar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B2%D0%B5%D1%80,_%D0%A8%D0%B5%D0%B9%D0%BC%D1%83%D1%81

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç