Sintiya Rotrok

Sintiya Rotrok

Aktrisa

BİOQRAFİYA
Sintiya Enn Kristin Rotrok (ing. Cynthia Ann Christine Rothrock, Delaver ştatı, Uilminqton şəhəri, ABŞ, 8 mart 1957) – Amerikalı aktrisa, prodüser və döyüş sənətləri ustasıdır. Sintiya Rotrok 1957-ci ildə ABŞ-ın Delaver ştatında anadan olmuşdu. Pensilvaniyada (Skrepton şəhəri) yaşamışdı. 13 yaşında idmanla məşğul olmağa başladı. Onun böy ölçüsü cəmi 160 sm-dir. Buna baxmayaraq Sintiya 1981-1985-ci illər arası məğlub olmadan beş dəfə karate üzrə dünya çempionu olmuşdur. Bu illər ərzində çin və koreyanın döyüş sənətləri üzrə altı qara kəmərə sahib olmuşdur. Sintiya Rotrok müxtəlif silahlarla döyüşə bilir. Onun ən sevimli silahı qarmaqlı qılıncdır.1980-cı illərin əvvəllərində "Kentucky Fried Chicken" adlı reklamda müvəffəqiyyətlə çıxış etdiyinə görə bir çox Honkonq filmlərinə dəvət olunur. İlk rol aldığı film "Golden Harvest" studiyasında çəkilən "Hə, Madam" filmidir. Bu filmə baş rolu ifa edən Mişel Yeo ilə birgə çəkilmişdi. 1986-cı ildə Sammo Hunqun çəkdiyi "Millionerlərin ekspresi" filminə çəkilir. 1986-cı ildə Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi" filminə dəvət olunur. Lakin ilk əsas səhnədə Ceki Çanın zədə alması ucbatından Sintiya Yuan Byaonun baş rol aldığı "Düzələn səhvlər" filminə çəkilir. 1990-cı illərdən başlayaraq bir çox Hollivud filmlərində baş rol alır. Filmlərdə Riçard Norton, Yuan Byao, Calal Merhi, Billi Blenks, Bolo Yen, Ceff Uinkott və bir çox məşhur döyüş ustaları ilə çəkilmişdir. 2004-cü ildən başlayaraq film karyerasına bir müddət fasilə vermişdir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sintiya_Rotrok
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç