Burcu Biricik

Burcu Biricik

Aktrisa

BİOQRAFİYA

Burcu Biricik – türkiyəli aktrisadır. 4 may 1989-cu ildə Türkiyənin Elmalı şəhərində anadan olub. 2006-cı ildə Antalyada keçirilən “Miss Mediteranian” gözəllik müsabiqəsinin qalibi olub. Teatr festivalında iştirak edib, mükafatlandırıldıqdan sonra aktrisa olmağa qərar verib. Egey Universitetində arxeologiya üzrə bakalavr dərəcəsi əldə edib, daha sonra Bornova şəhər teatrında aktyorluq kurslarına gedib. Aktyorluq fəaliyyətinə də elə həmin teatrda başlayıb. Orada bir neçə tamaşada səhnəyə çıxdıqdan sonra tamamilə özünü kino çəkilişlərinə fəda edib. 2006-cı ildə “Maço” teleserialında katibə rolunda debüt edib. Teletamaşaçılar onu daha çox “Möhtəşəm əsr” serialında Əsli rolu ilə tanıyır. 2019-cu ildə “Qarğa” serialında Dila obrazını canlandırıb. Serialda Barış Arduç, Settar Tanrıögen, Xədicə Aslan kimi tanınmış aktyorlarla çəkiliş meydanını bölüşüb. 2016-cı ildən aktyor Emre Yetkinlə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/345-burdzhu-biridzhik.html 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç