Kivanç Baruönü
Rejissor
Kıvanç Baruonü – türkiyəli rejissordur. İbtidai və orta təhsilini Zonquldaqda (Türkiyə) alıb. Ankara universitetinin radiorabitə, televiziya və kino fakültəsini bitirib. Tələbə olduğu vaxt teatr və fotoqrafiya sənəti ilə maraqlanıb. Hələ məzun olmamış yerli telekanallardan birində işləməyə başlayıb. Uzun illər Türkiyənin ilk müstəqil radiostansiyasında proqramçı və baş redaktor işləyib. Daha sonra "Number One" musiqi kanalının fəaliyyətə başlaması ilə musiqi klipləri çəkməyə başlayıb. 1990-2000-ci illərdə çox sayda klipin rejissoru olub, dəfələrlə musiqi mükafatlarına layiq görülüb. “Dansöz” və “GORA” kimi populyar filmlərin çəkilişində köməkçi rejissor olub. “Patron Mutlu Son İstiyor” bədii filmi ilə rejissor debütünü gerçəkləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1738966/bio?ref_=nm_ov_bio_sm