Şerri Strinqfild

Şerri Strinqfild

Aktrisa

BİOQRAFİYA

Şerri Li Strinqfild - amerikalı aktrisadır. 24 iyun 1967-ci ildə ABŞ-ın Kolorado ştatının Kolorado-Sprinqs şəhərində anadan olub. Amerikalı aktrisa daha çox “Təcili yardım” serialın oynadığı doktor Süzan rolu ilə tanınır. Həmin rola görə üç dəfə “Emmi” mükafatına namizəd olub (1995,1996 və 1997-ci illərdə) və iki dəfə “Qızıl qlobus” (1995 və 1996-cı illərdə) mükafatına namizəd olub. 1998-ci ilin oktyabr ayında Şerri yazıçı Lerri Cozefə ərə gedib. 2001-ci ildə onların Fibi adlı qızları doğulub. 2004-cü ildə isə Maylo adlı oğlanları dünyaya gəlib. 2006-cı ilin yanvar ayında, 7 illik nikahdan sonra Strinqfild və Cozef arasındakı nikaha xitam verilib. Asudə vaxtlarında xizək sürməyi xoşlayır, yoqa ilə məşğul olur. Bundan başqa mütaliəni və səyahəti sevir. Hazırda Los-Ancelesdə yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%80%D0%B8%D0%BD%D0%B3%D1%84%D0%B8%D0%BB%D0%B4,_%D0%A8%D0%B5%D1%80%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç