Patrişa Riçardson

Patrişa Riçardson

Aktrisa

BİOQRAFİYA

Patrisiya Kasl Riçardson – amerikalı kino və televiziya aktrisasıdır. “Böyük təmir” (1991-1999) sitkomunda oynadığı rolla məşhurlaşıb. Riçardson 23 fevral 1951-ci ildə Merilendin Betesda şəhərində Meri Elizabet və Lourens Riçardson Baksterin ailəsində anadan olub. 1973-cü ildə Southern Methodist University universitetini bitirib. Tələbə yoldaşları Bet Henli, Stiven Tobolovski ilə sonralar birlikdə ekranlara çıxıb. Karyerasının əvvəlində Gypsy: A Musical Fable müziklində Ancela Lensberinin dublyoru olub. Nəticədə bir neçə teatr tamaşasında da səhnəyə çıxıb. 1991-ci ilə qədər bir sıra bədii filmlərə də çəkilsə də,  “Böyük Təmir” serialında oynadığı rolla şöhrət qazanıb. Oynadığı rol ona dörd “Emmi” və iki “Qızıl qlobus” nominasiyası qazandırıb. 2005-2006-cı ildə “Qərb qanadı” adlı siyasi seriala çəkilib. Aktrisa son illər televiziyada nadir hallarda görünür, kino sahəsində fəaliyyətinə gəlincə əsasən müstəqil rejissor filmlərinə çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4%D1%81%D0%BE%D0%BD,_%D0%9F%D0%B0%D1%82%D1%80%D0%B8%D1%86%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç