Çağlar Ertuğrul

Çağlar Ertuğrul

Aktyor, prodüser

BİOQRAFİYA

Çağlar Ertuğrul 5 noyabr 1987-ci ildə Türkiyənin İzmir bölgəsində anadan olub. Ziyalı ailəsində boya-başa çatıb. Atası geolog-mühəndis, anası ortodont-həkimdir. Böyük bacısı bank sektorunda çalışır. Çağlar Koç Universitetinin maşınqayırma fakültəsini bitirib, ixtisasi mühəndis-mexanikdir. İstehsalat təcrübəsi keçən vaxt oturaq işin onluq olmadığını başa düşüb və aktyor olmağa qərar verir. Koç Universitetinin kampusunda qaldığı illərdən müxtəlif filmlərin çəkilişi prosesi ilə yaxından maraqlanıb, istehsalata öz töhvəsini verməyə çalışıb. Əvvəl universitetin teatr dərnəyinə yazılıb. Tələbə tamaşalarında səhnəyə çıxıb. Daha sonra nəzəri bilgilərə də yiyələnmək üçün “Akademi 35 Buçuk” adlı aktyorluq kurslarına gedib. Karyerasının əvvəlində reklam çarxına çəkilib, 2012-ci ildə isə Türkiyənin ən gəlirli kinofilmlərindən sayılan “QORA” fantastik komediyasıdna rol alıb. Hələ filmin çəkilişləri başa çatmamış, rejissor Alper Çağların agentliyindən ona zəng edərək, Mahsun Kırmızıgülün ona öz yeni “Məndən nigaran qalma” adlı serialında rol təklif etdiyini bildiriblər. Beləcə onun böyük ekranlara da qapısı açılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teka.com/actors/2234-biografiya-chaglar-ertugrul-caglar-ertugrul-tureckiy-akter.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç