Meriç Aral
Aktrisa
Meriç Aral - türkiyəli aktrisadır. 1 iyul 1990-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olub. İmkanlı ailədə boya-başa çatıb. Uşaqlığında hüquqşunas valideynləri onun bütün ehtiyaclarını ödəyib, gələcəkdə özləri kimi hüquq sahəsində çalışacağını və ailənin biznesini davam etdirəcəyini planlaşdırıblar. Meriç yeniyetmə yaşlarından incəsənətə maraq göstərsə də, ailəvi yığıncaqda Meriçin hüquq sahəsi üzrə ali təhsil alacağı qərara alınıb. Valideynlərinin sözünü iki etməyərək yerli universitetlərin birində hüquq fakültəsini bitirib. Ali təhsil ocağından fərqlənmə ilə məzun olub, ancaq istehsalat təcrübəsi başa çatan kimi “Yeni Sinemacılar” kinoşirkətinə assistent vəzifəsinə işə düzəlib. “Sultan” serialının çəkilişləri üzərində çalışıb. Fürsət düşən kim şirkətin çəkdiyi lentlərin birində kiçik rola çəkilib. Məhz həmin rol onun kino aləminə qapılarını açıb. Aral beləcə aktrisa olacağını qət edib və Kraft aktyorluq emalatxanasının kurslarına yazılıb. Şəxsi həyatına gəlincə, “Çingiz Recai” lentinin çəkilişləri vaxtı tərəf müqabili Serkan Keskinlə tanış olub. Serkan sevgilisindən 13 yaş böyükdür. Cütlük gələcəkdə münasibətlərini rəsmiləşdirməyi planlaşdırır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Meri%C3%A7_Aral