Brayan Hellisey

Brayan Hellisey

Aktyor

BİOQRAFİYA

Brayan Hellisey (31 oktyabr 1978) – amerikalı aktyordur. 31 oktyabr 1978-ci ildə Vaşinqton şəhərində anadan olub. 2000-ci ildə Kornell Universitetinin iqtisadiyyat və tarix bölməsinin məzunu olub. 2005-ci ildə Uolstritdə bir neçə il işlədikdən sonra, aktyor olmağa qərar verib. Debütü “Xüsusi bölmə” adlı serialın epizodunda baş tutub. Sonralar “İzsiz”, “Medium”, “Rizzoli və Ayls” və “Bədən üzrə istintaq”televiziya seriallarında rol alıb. 2008-2009-cu illərdə “Ərköyünlər” serialının aktyor heyətində yer alıb. Hellisey daha çox Lifetime-ın “Müştəri siyahısı”  serialında oynadığı rolu ilə tanınır. Çəkilişləri zamanı baş rolu oynayan Cennifer Lav Hyuittlə görüşməyə başlayıb. Onlar mətbuatda gizlin 2013-cü ilin payız ayında ailə qurublar. 26 noyabr 2013-cü ildə Hyuitt onların ilk övladını – Otem Ceyms Hellisey adlı qızlarını dünyaya gətirib. 24 iyun 2015-ci ildə Attikus Ceyms Hellisey adlı oğlu dünyaya gəlib. 2014-cü ildə ABC-nin “Məşuqələr” və “Qisas” seriallarında ikinci plan rollar alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8D%D0%BB%D0%BB%D0%B8%D1%81%D0%B5%D0%B9,_%D0%91%D1%80%D0%B0%D0%B9%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç