Sara Habel

Sara Habel

Aktrisa

BİOQRAFİYA

Sara Habel – amerikalı kino və televiziya aktrisasıdır. Sara Habel 30 iyul 1982-ci ildə ABŞ-ın Miçiqan şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Miçiqan Universitetinə qəbul olunub, orada teatr üzrə bakalavr dərəcəsi əldə edib.  Məzun olduqdan sonra Nyu-York və Londonda təcrübə keçib. ABŞ-a geri döndükdən sonra, “Vəhşi durna” adlı uşaq teatrının aktrisası olub. Los-Ancelesə köçməyinin ardından, müxtəlif kastinqlərə qatılıb və rol tapana qədər ofisiant işləməklə maddi ehtiyaclarını ödəməli olub. Karyerasının əvvəlində “Xəfiyə Raş” və “CSI: Cinayət yeri – Nyu-York”  kimi seriallara çəkilib. 2008-ci ildə “Kəpənək effekti 3” filminə çəkilməklə kinodebütünü həyata keçirib. Bir il sonra “Amerikalı bakirə” gənc komediyasında Bekki rolunu oynayıb. 2014-cü ildə aktrisa “Raş” adlı çoxserialı tibbi serialında İv Parker roluna dəvət olunub. Çəkiliş meydançasını Tom Ellis, Lorens Teyt, Rik Qonzales, Erika Serra, Odett Ennebeyl, Uorren Kristi, Reyçel Nikols, Qarri Hemlin, Tiç Qrant və başqaları olub. 2017-ci ildə populyar “Riverdeyl” serialına çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15572250221/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç