Liza Holodenko
Rejissor
Liza Holodenko 5 iyun 1964-cü ildə Los Ancelesdə (ABŞ) anadan olub. Ukrayna kökləri olan yəhudi ailəsində böyüyüb. Amerikalı rejissor və ssenaristdir. San-Fransiskoda dövlət universitetində oxuyub. Milos Forman ilə birlikdə oxuyub, Kolumbia Universitetinin film məktəbinə daxil olub. Təhsil aldığı müddətdə “Suvenir” (1994) və “Şam yeməyi” (1996) adlı iki qısa film çəkib. 1998-ci ildə tənqidçilər tərəfindən yüksək qiymətləndirilən "Yüksək sənət" adlı ilk bədii filmini çəkib. Populyar televiziya seriallarının rejissoru olub: "Qətl şöbəsi", "Müştəri hər zaman ölüdür" və "Başqa bir şəhərdə seks".
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BB%D0%BE%D0%B4%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%9B%D0%B8%D0%B7%D0%B0