Bihter Dinçel

Bihter Dinçel

Aktrisa

BİOQRAFİYA

Bihter Özdemir Dinçel – türkiyəli aktrisa və teatr dramaturqudur. 12 mart 1982-ci ildə Türkiyənin Diyarbəkir şəhərində anadan olub. Egey universitetinin fəlsəfə fakültəsinin məzunudur. 5 il İzmir Dövlət teatrının səhnəsinə çıxıb. Bir sıra tamaşalarında iştirak edib. Bihter Dinçel aktrisalıqla yanaşı bəzi gələcək tamaşaların ədəbi əsasını qoyub. 2017-ci ildə “ilin ən yaxşı dramaturqu” mükafatına layiq görülüb. Bihter Dinçelin bir çox esse və köşə yazıları müxtəlif jurnallarda dərc olunub. İki reklam çarxına çəkilib, kulinariya proqramının çəkilişlərində iştirak edib. Həmin verilişdən sonra çəkilişlərə marağı artıb. Türkiyə teleauditoriyası onu daha çox “Avropa tərəfi” sitkomundan Zeynəb rolu ilə tanıyır. 2009-cu ildə Bihter Dinçel çoxseryialı “Geniş ailə” melodramında Nazan rolunu oynayıb. Bihter Özdemi Dinçel Barış Dinçellə evlidir. Cütlüyün Yağmur Ali adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/3185-bihter-ozdemir-dinchel.html 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç