Hande Katipoğlu - türkiyəli kino və teatr aktrisasıdır. 13 mart 1982-ci ildə Türkiyədə anadan olub. Bilfen kollecini bitirdikdən sonra Süleyman Demirel Universitetinin sosiologiya bölməsində ali təhsil alıb. Hərçənd bir ildən sonra təhsili yarımçıq qoyaraq İstanbula qayıdıb və teleaparıcı ixtisası üzrə TÜRKAV kino/televiziya Tədris Mərkəzinin məzunu olub. 2004-cü ildə "Bambaşka Biri" adlı verilişə aparıcılıq etməklə teledebütünü edib. 2005-2006-cı illərdə 3 fərqli serialıda rol alıb; xüsusilə "Deli Dolu" serialında Gülin rolu ilə yadda qalıb. Ən çox "Yahşi Cazibe" serialında canlandırdığı Simge obrazı ilə məşhurlaşıb. 2010-2011-ci illərdə Cenk Seyhunla evli olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Hande_K%C3%A2tipo%C4%9Flu