Vivian Hsü

Vivian Hsü

Aktrisa

BİOQRAFİYA

Vivian Hsü (vəya Süy) – çinli aktrisadır. Tayvanlı müğənni və aktrisadır. 1975-ci ildə  anadan olub. Ailənin ortancıl övladıdır. Özündən böyük qardaşı və kiçik bacısı var. Əsl adı Süy Şu-Tsuandır. Uşaq olanda valideynləri boşanıb. Jianxing ibtidai məktəbini və Shulinguo orta məktəbini bitirib. “Gözəl istedadlı qız” adlı müsabiqənin qalibi olduqdan sonra əyləncə sektoruna düşüb. Müsabiqə 1990-cı ildə CTS telekanalı tərəfindən təşkil olunub. Sonradan Vivian reklamlara çəkilməyə başlayıb, “Team Girls” adlı musiqi triosuna qoşulub. 1991 və 1992-ci ildə iki albom buraxıb, sonradan qrup dağılıb. Kinokaryerasına gəlincə Tayvan və Yaponiya istehsalı olan bir sıra film və seriallarda rol alıb. Debütünü 1994-cü ildə “Xiao lin xiao zi” adlı filmdə həyata keçirib. Adı çəkilən film Tayvan və Honkonq kinoteatrlarından böyük gəlir gətirib. 2006-cı ildə Çin, Tayvan və Honkonq birgə istehsalı olan “Qovşaq” filmində rol alıb. 2001-ci ildə Ceki Çanla birlikdə “Təsadüfi casus” (The Accidental Spy) adlı komediyaya çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://doramatv.live/list/person/vivian_hsu

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç