Kim Min

Kim Min

Aktrisa

BİOQRAFİYA

Kim Min-hi – koreyalı aktrisadır. Seulda anadan olub. Hələ yuxarı sinif şagirdi olanda ilk dəfə model qismində jurnal üçün poz verib. Bir qədər avropalı üz cizgilərinin olmasına görə, mütəmadi olaraq reklamlara çəkilib. 1999-cu ildə yeniyetmə serialında epizodik məktəbli roluna çəkilib. 2006-cı illərə qədər müxtəlif kiçik rollara çəkilsə də, ekranlara çıxan “Əlvida, tənhalıq” adlı serial onun karyerasında dönüş nöqtəsi olub. Bu rolu qazanana qədər aktyorluq sənəti kurslarına gedib, yaradacağı obrazın üzərində xeyli çalışıb və nəticədə serialın ulduzuna çevrilib. Bundan başqa “Klerin kamerası” adlı dramda oynadığı rolla yadda qalıb. Filmdə tərəf müqabili fransız kinoulduz İzabel Yupper olub. Film 2017-ci ildə Beynəlxalq Kann kinofestivalında təqdim olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/kim_minhee/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç