Feride Çetin

Feride Çetin

Aktrisa

BİOQRAFİYA

Fəridə Çətin – türkiyəli teatr və kino aktrisası, rejissor və jurnalistdir. Fəridə Çətin 5 noyabr 1980-ci ildə İstanbulda (Türkiyə) anadan olub. Valideynləri Bolqarıstanda anadan olublar. 2001-ci ildə Çətin İstanbul universitetini bitirib. Daha sonra Mərmərə universitetində ali təhsil alıb, “Kino və televiziya” fakültəsində aspiranturanı bitirib. Karyerasının əvvəlində teatr tamaşalarında iştirak edib. Aktyorluq bacarıqları ilə prodüserlərin diqqətini cəlb edib, çox keçmədən “İki qız” adlı filmə çəkilib və oynadığı rola görə “Ən yaxşı aktrisa” mükafatını qazanıb. Çətin aktrisalıqla yanaşı, bir sıra türk kino jurnalları üçün köşə yazıları yazır. O, həmçinin məhsuldar rejissordur. 15-dən çox qısametrajlı film lentə alıb. İngilis, alman və ispan dillərində danışa bilir. Kino tənqidçisi Murat Özerlə evlidir. Azərbaycan tamaşaçısı Fəridə Çətini "Hercai" serialında Zəhra obrazı ilə tanıyır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Feride_%C3%87etin

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç