Hayal Köseoğlu

Hayal Köseoğlu

Aktrisa

BİOQRAFİYA

Hayal Köseoğlu – türkiyəli aktrisadır. “Möhtəşəm əsr” serialında Nilufer xatun rolu ilə məşhurlaşıb. 1 yanvar 1992-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərində anadan olub. 7 yaşında olanda ilk dəfə televiziya ekranlarına çıxıb, “Rühsar” adlı seriala çəkilib. Yeniyetməlik illərində təkcə Türkiyədə yox, beynəlxalq səviyyədə tanınan “Qapalı sevgi” serialının daimi aktyor heyətindən yer alıb. Çəkiliş meydançasını Nebahat Çöhre, Beren Saat, Nur Fettahoğlu, Kıvanç Tatlıtuğ kimi ulduzlarla bölüşüb. 2012-ci ildə Hayal “Möhtəşəm əsr” tarixi dramında rol almaqla dünyada şöhrəti qazanıb. Ona ikinci plan rol nəsib olsa belə, aktrisanın karyerasına böyük təsir göstərib. Hayal daha sonra “Yaxşı dostlar” və “İstanbul gəlini” seriallarında rol alıb. 2017-ci ildə “Kiçik cinayətlər” adlı populyar layihənin çəkiliş heyətinə qoşulub. Çəkiliş meydanında tərəf-müqabilləri Mert Fırat, Gökçe Bahadır, Əslihan Qürbüz və Tülin Özen olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://muhtesemyuzyil.fandom.com/ru/wiki/%D0%A5%D0%B0%D1%8F%D0%BB_%D0%9A%D1%91%D1%81%D0%B5%D0%BE%D0%B3%D0%BB%D1%83

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç