Rid Daymond

Rid Daymond

Aktyor

BİOQRAFİYA

Rik Edvard Daymond – amerikalı aktyordur. Daha çox “Səyyah” serialında baş qəhrəmanın qardaşı Cek Vasser  və “Kukla ev” filmində Lourens Dominik rolu ilə tanınır. 20 iyul 1967-ci ildə Nyu-York şəhərində anadan olub. Rid Daymond telerejissor Robert Daymond və astroloq Elison Daymondun övladıdır. Valideynləri o hələ uşaq olanda boşanıb. Daymond Şimali Karolina universitetini bitirib. Bundan başqa Los-Anceles polis akademiyasında və Culyard dram məktəbində oxuyub. Rik Brodveydə səhnəyə çıxıb, bir çox teleseriallara çəkilib. “Shield” detektiv serialında müstəntiq Mayk Kellerman rolunu oynayıb. 1995-1997-ci illərdə aktrisa Federerik Kestenlə evli olub. 2004-cü ildə aktrisa Marni Makfeyllə ailə qurub. Cütlük Los-Ancelesdə yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%B9%D0%BC%D0%BE%D0%BD%D0%B4,_%D0%A0%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç