Ufuk Özkan

Ufuk Özkan

Aktyor

BİOQRAFİYA
Ufuk Özkan - türkiyəli teatr, kino və serial aktyorudur. 11 aprel 1975-ci ildə Almaniyanın Sehaym-Yuqenhaym şəhərində anadna olub. Əsli Türkiyənin Samsun bölgəsindəndir. 12 yaşında olanda ana vətəni Samsuna qayıdıb. Türk dilində yaxşı danışa bilməməsinə görə, məktəbdə 8-ci sinif əvəzinə 5-ci sinifə yerləşdirilib. Samsun Bələdiyyə Orta məktəbini bitirib. Samsun Bələdiyyə Konservatoriyası və İstanbul Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsinin (2011) məzunudur. Peşəkar karyerasının əvvəlində 3 il Tiyatro Kılçık truppasında çıxış edib. Ekranlarda daha çox "Geniş ailə" (2009-2011) serialında Cəvahir, "Qalx gedək" (2017-2020) serialında Seyfətdin Dal rolu ilə tanınır. IMDB məlumat bazasına əsasən 2020-ci ilə qədər 22 filmin çəkilişi və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1728174/
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç