Nikolas Makkarti

Nikolas Makkarti

Rejissor, ssenarist, aktyor, bəstəkar

BİOQRAFİYA

Nikolas Makkarti – amerikalı rejissor, ssenarist və prodüserdir. 10 noyabr 1970-ci ildə ABŞ-ın Nyu-Hempşir şəhərində anadan olub. Valideynləri İrlandiyalı mühacirlərin nəslindən olub. Atası məktəb direktoru, anası isə müəllimə işləyib. Nikolas 10 yaşından kino ilə maraqlanır. İlk həvəskar filmlərini Super 8 kamerası ilə lentə alıb. Yeniyetmə yaşlarında Devid Linç, Con Karpenter, Devin Kronenberq və digər Hollivud rejissorların pərəstişkarı olub. Orta məktəbi bitirdikdən sonra Nikolas Çikaqoya köçüb, orada kino istehsalı üzrə təhsil alıb. Sonralar bir neçə ilə Nyu-Yorkda yaşayıb, barmen işləməklə yaşayış xərclərini ödəyib, paralel olaraq ilk qısametrajlı filmini lentə alıb. 2000-ci ildə Los-Ancelesə köçüb. Makkarti həmkarı Aleksandra Lizlə evlidir. Cütlüyün Aqata adlı qızları var. Rejissorun “Saziş” adlı ilk tammetrajlı filmi 2011-ci ildə ekranlara çıxıb. 2015-ci ildə qısametrajlı qorxu filmlərindən ibarət “Qara bayramlar” adlı kinoalmanaxını buraxıb. 2018-ci ildə Makkarti “Omen: Törəmə” filmini lentə alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/nicholas_mccarthy/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç