Ketlin Rouz Perkins

Ketlin Rouz Perkins

Aktrisa, prodüser

BİOQRAFİYA

Ketlin Rouz Perkins (ing. Kathleen Rose Perkins)  amerikalı  televiziya aktrisasıdır. 15 noyabr 1974-cü ildə ABŞ-ın Miçiqan ştatının Nyu-Baltimor şəhərində doğulub və boya başa çatıb. 1995-ci ildə Miçiqanın Qərb universitetində bakalavr dərəcəsinə yiyələnib. Həmin vaxtdan peşəkarcasına   teatr səhnələrinə çıxmağa başlayıb, 2000-ci illərin ortalarında televiziyada debüt edib. Otuzdan çox serialda, o cümlədən “CSI: Cinayət yeri – Mayami”, “İzsiz”, “Sənin anana necə rast gəldim”, “Bədən hissələri”, “Ehtirasın anatomiyası”, “Kasl” və başqlarında qonaq rollara dəvət olunub. Perkinsin bundan başqa “Mənə kömək elə, kömək elə”, “De ki, sevirsən”, “Mənə etibar elə!”, “Xoşbəxt və səfalı”, “Dəniz polisi: Los-Anceles” kimi seriallarda ikinci plan rollarda görüntülənib. Perkinsi ən çox tanında rol Showtime telekanalının “Epizodlar” adlı komediya serialında oynadığı daimi rol olub. 2013-cü ildə NBC-nin “Qapılar” adlı serialının pilot epizodunda baş rolu oynayıb. Böyük ekranlarda “Sözlər kifayət edər” (2013), “Altı həftəyə altı rəqs dərsi” (2014) kimi filmərdə oynadığı rolları ilə yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D0%BA%D0%B8%D0%BD%D1%81,_%D0%9A%D1%8D%D1%82%D0%BB%D0%B8%D0%BD_%D0%A0%D0%BE%D1%83%D0%B7

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç