Mett Buş

Mett Buş

Aktyor, ssenarist

BİOQRAFİYA

Mett Buş (Matt Bush) – amerikalı aktyordur. 22 mart 1986-cı ildə Pensilvaniya ştatında anadan olub. Doğumundan çox keçməmiş ailəsi ilə Nyu-Cersi ştatına köçüb. Mett Nyu-Cersidə orta məktəbi bitirib, Rouen universitetində bir neçə semestr oxuyub. Ancaq təhsilini yarımçıq buraxıb və aktyor olmaq üçün Los-Ancelesə köçüb. Buş 2000-ci ildə kinoya çəkilir. Paralel olaraq kompüter oyunlarında müxtəlif personajların səsləndirilməsində iştirak edir. Aktyor “Bully” oyununda baş qəhrəmanlardan birini – Pit Kovalskini səsləndirib. 2001-ci ildə Buş “Qanun və qayda: Cinayət niyyəti” adlı populyar detektiv serialında ikinci plan rol oynayıb. Ardınca “Klinika” sitkomunda və “Veronika Mars” serialında rol alıb. Mettin iştirakı ilə çəkilmiş ən məşhur filmlərdən biri “Fırlanmış top” idman dramı sayılır. Mett Buş həmçinin “Qoldberqlər” serialında oynayıb və həmin rola görə “Xalqın seçimi” (2014, People’s choise) mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/matt_bush/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç