Dina Meyer

Dina Meyer

Aktrisa, prodüser

BİOQRAFİYA

Dina Meyer (ing. Dina Meyer) – amerikalı aktrisadır. 22 dekabr 1968-ci ildə ABŞ-ın Nyu-York şəhərinin Kuins rayonunda anadan olub. Nyu-York Dram İncəsənət Məktəbində oxuyub, daha sonra təhsilini Lonq-Aylend universitetində davam etdirib. Ardınca Sorbonnada (Paris) oxuyub. Ekranlarda debütü 1993-cü ilə təsadüf edir.Daha çox “Ulduz desantı” filmində Dizzi Flores, “Conni-Mnemonik” filmində Ceyn, “Əjdaha ürəyi” filmində Kara, “Mişar” trillerində xəfiyyə Kerri rolu ilə tanınır. 2003-cü ildə Dina “Fantastik filmlərdə ən yaxşı ikinci plan aktrisa” kateqoriyasında “DİFF Jury Award” mükafata layiq görülüb. 2017-ci ildə “Ulduz Desantı: Mars xaini” animasiya filmində əvvəlki kimi Dizzi Floresi səsləndirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%B9%D0%B5%D1%80,_%D0%94%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç