Mert Avandi

Mert Avandi

Aktyor, ssenarist

BİOQRAFİYA

Mert Avandi (est. Märt Avandi) – eston televiziya, kino aktyoru və teleaparıcıdır. 26 fevral 1981-ci ildə Estoniyanın Rapla şəhərində anadan olub. 2004-2006-cı illərdə Rakvere teatrının truppasında yer alıb. 2006-2008-ci illərdə “Endla” teatrında çalışıb. 2009-2014-cü illərdə Estoniyanın dram teatrının aktyoru olub, 2015-ci ildə yenidən “Endla” teatrının truppasına qoşulub. 2005-ci ildə “Malv” filminə çəkilməklə böyük kinoda debüt edib. 2008-ci ildə Estoniyanın “Eesti otsib superstaari“ (“Estoniya superulduz axtarır”) teleşousunun aparıcısı olub. 2015-ci ildə “Qılıncoynadan” adlı filmlə baş rolu oynayıb. Sözügedən film 2015-ci ildə Yussi mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B2%D0%B0%D0%BD%D0%B4%D0%B8,_%D0%9C%D1%8F%D1%80%D1%82

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç