Rozi Perez

Rozi Perez

Aktrisa, prodüser

BİOQRAFİYA

Roza Mariya (Rozi) Peres  – amerikalı aktrisa, rəqqasə, xoreoqraf, rejissor və ictimai xadimdir. Rozi Peres 6 sentyabr 1964-cü ildə Nyu-Yorkun Bruklin rayonunda anadan olub. Valideynləri puerto-rikoludular. Atası İsmael Serrano ticarət gəmisinin dənizçisi, anası Lidiya Peres (Fontanes) müğənni olub. Uşaqlığının böyük hissəsi (üç yaşından səkkiz yaşına qədər) qəyum ailələrdə keçib. 1980-ci illərdə peşəkar karyerasını qurub. Əvvəl Soul Train müzik-holunda rəqqasə işləyib, Canet Cekson, Bobbi Braun, Dayana Ross, The Boys kmi müğənnilərin və qrupların videokliplərinə rəqqasə kimi çəkilib, həmçinin xoreoqraflıq edib. Rozi həmçinin “Fly Girls” rəqs qrupunun xoreoqrafı olub, “In Living Color” teleşousunda çıxış edib. 1988-ci ildə rejissor Spayk Li ona“Lazım olan kimi et” adlı filmində böyük rol verib. Oynadığı rol Hollivudun qapılarını onun üzünə açıb. Rozi Peres son vaxtlar daha çox “Pomada cəngəlliyi” (2008-2009), “Ananas ekspresi” (2008), “Qanun və qayda: Xüsusi korpus” (2009) kimi film və seriallarda oynadığı rolları ilə tanınır. Kino ilə yanaşı cizgi filmlərinin səsləndirilməsində də iştirak edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D0%B5%D1%81,_%D0%A0%D0%BE%D0%B7%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç